Bakının Nizami rayonu ərazisində yerləşən mağazaların birindən 3750 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən F.Abdullayeva və T.Mamedova müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.