Bakıda qadını maşın vurub  ÖLDÜRDÜ
16 may 2021 18:26 (UTC +04:00)

Bakıda qadını maşın vurub ÖLDÜRDÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Hədiyyə Yusibovanı yolu keçərəkən minik avtomobili vurub.
Hadisə yerinə təcili yardım briqadası cəlb edilsə də, ağır xəsarət alan qadını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

# 2160
avatar

Oxşar yazılar