“Təmiz Dünya” İctimai Birliyinin sığınacaq əməkdaşlarının hücuma məruz qalması ilə bağlı hazırda araşdırma aparılır".
Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. O bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub:
"İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verən verib".
***
15:32
“Təmiz Dünya” İctimai Birliyinin sığınacaq əməkdaşları hücuma məruz qalıb.
Lent.az məlumat verir ki, bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda bildirilib ki, sığınacaqda qalan xanımın qohumları mərkəz işçilərinə hücum ediblər:
“Biz zorakılıq qurbanlarını qoruyuruq, onları sığınacaqla təmin edirik. Bu dəfə sığınacağın əməkdaşları burada qalan xanımın qohumlarının şiddətinə məruz qalıb. Qadının əri, qaynanası, baldızı sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Bədənlərində yaraların şəkillərini paylaşa bilmədiyimiz üçün az öncə çəkilmiş şəkilləri göstərmək istədik".
Saytımıza açıqlama verən sığınacaq əməkdaşı bildirib ki, Binəqədi rayon 40-cı polis bölməsinin əməkdaşları hadisə ilə bağlı izahat götürüblər.