Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsinin Gülüstan küçəsində qeydə alınıb.
Orada yaşayan 1977-ci il təvəllüdlü Səbzə Murad qızı Həsənova yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.