Bakı sakininin qızılları itib.
Lent.az-ın məlumatına görə, şəhər sakini 3 uşaq anası olan qadın özünə məxsus qızıl-zinət əşyalarını itirib. Hadisə 4-cü mikrorayon Mir Cəlal küçəsində baş verib.
İtən qızılların ümumi dəyərinin 10 min manat olduğu bildirilir. Zərərçəkmiş qadın qızıllarını taksidən düşərkən itirdiyini ehtimal edir.