Bakıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisindəki evlərin birindən 6500 manat, 15000 ABŞ dolları pul və 3700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fəridə Miriyeva müəyyən olunaraq saxlanılıb.