Bakıda "Prius" mopedlə toqquşdu, ölən var
23 may 2023 09:16 (UTC +04:00)

Bakıda "Prius" mopedlə toqquşdu, ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu 8-ci mikrorayon adlanan ərazidə C. Xəndan küçəsində qeydə alınıb. Şıxıcanov Kamil Hüseynağa oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillə Məmmədzaadə Elnur İlqar oğlunun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən mopedin sərnişini 20 yaşlı Cavid İsgəndərli orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 1314
avatar

Mehman Nəbiyev

Oxşar yazılar