Bakıda polisi vurub qaçan sürücü HƏBS EDİLDİ  - FOTO  - VİDEO
13 noyabr 2021 18:49 (UTC +04:00)

Bakıda polisi vurub qaçan sürücü HƏBS EDİLDİ - FOTO - VİDEO

0

Bakıda polisi şəxsi avtomobili ilə vuraraq hadisə yerindən yayınan sürücü polis tərəfindən saxlanılıb.

DİN-dən Lent.az-a verilən məlumata görə, hadisəni törədən şəxs “Opel ASTARA” markalı 99 NT 712 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Məmmədov Şirxan Alik oğludur. 

Saxlanılan zaman sürücünün psixatrop maddələrin təsiri altında nəqliyyat vasitəsini idarə etdiyi aşkar olunub. 

Sürücünün verdiyi izahat və toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. 

Hakim tərəfindən sürücü Ş.Məmmədov 2 ay inzibati həbs və 1 il sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, lent.az ötən gün polisin vurulma anının videosunu yaymışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3188

Oxşar yazılar