Bakıda polis rəisinin qardaşının ofisə basqın etməsi barədə xəbər yayılıb.
Lent.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.
Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.