Bakıda piyada kəllə-beyin və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi
16 sentyabr 2021 04:43 (UTC +04:00)

Bakıda piyada kəllə-beyin və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirildi

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Buzovna qəsəbəsində baş verib.
1994-cü il təvəllüdlü Abdullayev Ariz Azər oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub. 

Yaralı qapalı kəllə-beyin travması və aşağı ətrafın sınığı xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
 

# 993
avatar

Oxşar yazılar