Xəbər verildiyi kimi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yanvarın 24-dən paytaxtın bütün rayonlarında qanunsuz parklanmalara qarşı reydlər başlayıb.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, dayanma-durma, qanunsuz parklanma tələblərinin pozulması halları ilə bağlı 1000-ə yaxın sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb.
Onun sözlərinə görə, həmçinin qanunsuz parklanma təşkil edən şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində paytaxtın müxtəlif rayonlarında 35 parklanma nəzarətçisi saxlanılaraq rayon idarə və şöbələrinə aparılıb. Araz Əsgərli bildirib ki, həmin "parkovşik"lərlə profilaktiki söhbətlər aparılıb və onlara xəbərdarlıq edilib.