Bakıda neft quyularından 1 MİLYONLUQ  oğurluq
03 sentyabr 2021 12:44 (UTC +04:00)

Bakıda neft quyularından 1 MİLYONLUQ oğurluq

Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, avqustun 31-də Qaradağ rayonu ərazisindəki MMC-lərdən birinə məxsus neft quyularından 591 900 ABŞ dolları (təxminən 1 milyon 6 min manat) dəyərində mühərrik və generatorun hissələrini oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon sakinləri K.Kərimov, Ş.Babaşov və Bakı şəhər sakini Y.Rüstəmov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3699
avatar

Mehman Nəbiyev

Oxşar yazılar