Bakıda metronun yanında  dönərxana yandı - YENİLƏNİB
13 iyun 2024 13:44 (UTC +04:00)

Bakıda metronun yanında dönərxana yandı - YENİLƏNİB

Bakıda dönərxanada baş verən yanğın söndürülüb.

Bu barədə Lent.az FHN-dən bildirilib.

Qeyd olunub ki, Bakının Nizami rayonu, R.Rüstəmov küçəsində fəaliyyət göstərən ictimai iaşə obyektində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***
13:13

Bakı Metropoliteni “Neftçilər” stansiyasının yaxınlığında yerləşən dönərxana yanır.

Lent.az “Report”a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2382
avatar

Oxşar yazılar