Prokurorluq məktəblinin ölümü ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az bildirilib ki, oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
19 oktyabr, saat 22:39
Bakıda məktəblini cərəyan vuraraq öldürüb.
Lent.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Bİləsuvar rayon sakini 15 yaşlı Tunar Rəşad oğlu Bayramovu yaşadıqları mənzildə ehtiyatsızlıqdan elektrik cərayanı vurub. Məktəbli aldığı xəsarətlərdən ölüb.
Dünyasını dəyişən T.Bayramov Biləsuvar rayonunun Ağalıkənd kənd sakinidir.