Bakının 20 nömrəli məktəb-liseyinin əməkdaşı vəfat edib.
Lent.az xəbər verir ki, məktəbin riyaziyyat müəllimi İradə Tağıyeva 59 yaşında dünyasını dəyişib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Müəllimin hansı səbəbdən dünyasını dəyişdi hələ məlum deyil.
Qeyd edək ki, İ.Tağıyeva 1962-ci il aprelin 18-də anadan olub. Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1984-cü ildən əmək fəaliyyətinə başlayıb. Mərhumun həyat yoldaşı Bəxtiyar Tağıyev də 20 nömrəli məktəb-liseydə riyaziyyat fənni üzrə dərs deyir.
20 nömrəli məktəb-liseyinin müəllimi İradə Tağıyeva