Bakıda marketdən spirtli içki və siqaretlər oğurlandı
14 sentyabr 2023 15:10 (UTC +04:00)

Bakıda marketdən spirtli içki və siqaretlər oğurlandı

Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki marketlərin birindən 920 manat dəyərində spirtli içki və tütün məmulatı oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İ.Dostəlizadə saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

# 1083
avatar

Oxşar yazılar