Bakıda mağazalardan oğurluq edən tutuldu
27 oktyabr 2023 13:26 (UTC +04:00)

Bakıda mağazalardan oğurluq edən tutuldu

1

Bakıda mağazalardan oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda Yeni Ramana, Bülbülə və Əmircan qəsəbələri ərazisində 2 mağazadan ümumilikdə 350 manat pul və 1700 manat dəyərində tütün məmulatı, bir mağazadan isə  mobil telefon oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2993

Oxşar yazılar