Bakıda mağaza külli miqdarda qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanvarın 23-də Azadlıq prospektində yerləşən mağazalardan birinin kassasından 55.000 manat pul oğurlanıb.
Bu barədə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən həmin mağazada kassir işləyən Neftçala rayon sakini M.Əhmədova saxlanılıb.
Araşdırma aparılır.