Bakıda külli miqdarda elektron siqaret  oğurlandı
11 may 2026 11:23 (UTC +04:00)

Bakıda külli miqdarda elektron siqaret oğurlandı

0

Bakının Sabunçu rayonunda marketdən oğurluq edilib.

Lent.az xəbər verir ki, naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb. 

Hər iki fakt üzrə araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 706

Oxşar yazılar