Bakıda körpünün üstündə 5 maşın toqquşdu - FOTO
07 may 2021 02:26 (UTC +04:00)

Bakıda körpünün üstündə 5 maşın toqquşdu - FOTO

Bakının Xətai rayonunda zəncirvari yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, yol qəzası Babək prospektindəki körpünün üzərində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı kiçik tutumlu sərnişin mikroavtobusu hərəkətdə olan “KİA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “KİA” digər “Mercedes” markalı avtomobilə dəyib. Həmin “Mercedes” isə əvvəlcə “AzSamand”a və digər “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” və “Azsamand” markalı avtomobillərdə olan sərnişin və sürücü xəsarət alıb.
Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1497
avatar

Oxşar yazılar