Bakının Binəqədi rayonunda polislər sərnişin avtobusunda maskasız aktiv koronavirus xəstəsi aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşları bir nəfər şəxsin metronun “Azadlıq” stansiyasının yaxınlığında 147 saylı marşrut xətti ilə hərəkət edən avtobusda olan zaman maskadan istifadə etmədiyini müəyyən ediblər. Həmin şəxs dərhal ictimai nəqliyyatdan düşürülüb. Araşdırma aparılan zamanı onun aktiv koronavirus xəstəsi kimi qeydiyyatda olan paytaxt sakini Nəriman Xəmidov olduğu müəyyən edilib.
Onun barəsində Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Aşkar edilən faktla bağlı araşdırmalar davam etdirilir.