Bakıda klinikalara gələn qadınlar qarət olundu
26 yanvar 2022 18:21 (UTC +04:00)

Bakıda klinikalara gələn qadınlar qarət olundu

0

Nərimanov rayonu ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabıları oğurlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1745

Oxşar yazılar