Bakıda kişiyə ayağını öpdürən tiktoker  məsuliyyətə cəlb olundu - TƏFƏRRÜATLAR
26 noyabr 2024 16:40 (UTC +04:00)

Bakıda kişiyə ayağını öpdürən tiktoker məsuliyyətə cəlb olundu - TƏFƏRRÜATLAR

Ayağını öpdürən tiktoker və tanışları cinayət məsuliyyətinə cəlb edilib.

Lent.az xəbər verir ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfərin onu söyməsinə görə tanışları vasitəsilə əvvəlllər evində usta işləyən şəxsə qarşı xuliqanlıq hərəkətləri etməsi ilə bağlı cinayət işi başlanılıb. 

Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında tiktokerlə görüşdürüblər. Burada usta ondan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib. Hadisədən sonra sosial şəbəkələrdə görüntülər yayılıb və usta polisə şikayət edib.

Nəticədə, D.Quliyeva barəsində Polis İdarəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Polis əməkdaşları tərəfindən həmin şəxslər müəyyən olunaraq məsuliyyətə cəlb olunublar.

Müvafiq qərarla Duana və digər iki nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

Cinayət işi üzrə istintaq davam etdirilir.

***
25 noyabr, saat: 16:54

Azərbaycanda tiktokerə görə kişini döyənlər qiyabi həbs ediliblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Nərimanov rayon Məhkəməsi qərar çıxarıb.

Belə ki, tiktoker Duana Quliyeva canlı yayımda olarkən bir nəfər onu söyüb. Duana onu adından tanıyıb və əvvəllər evində işləyən usta olduğunu bilib. Bu barədə o, ustanı ona tanıdan şəxsə məlumat verib. Həmin şəxs digər iki qohumu ilə birgə ustanı taparaq, Nərimanov rayonunda binalardan birinin arxasında Duana ilə görüşdürüblər. Burada usta Duanadan üzr istəyib və onun ayaqqabısından öpməyə məcbur edilib.

Hadisədən sonra usta polisə şikayət edib.  

Nəticədə ustanı döyən 3 nəfər barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Nərimanov rayon Məhkəməsi həmin 3 nəfər barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5901
avatar

Mehman Nəbiyev

Oxşar yazılar