Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Bakıda vətəndaşlara qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə təqsirləndirilən Sirac Səmədov və onun yaxın qohumu, yeznəsi olan Sahil Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, təqsirləndirilən Sahil Nəhmətovun vəkili pulun onun tərəfindən alınıb verilməsinə dair hər hansı sübutların olmamasını deyərək, cinayət işində bununla bağlı hissənin çıxarılması barədə vəsatət verib.
Daha sonra iş üzrə zərərçəkənlərin vəkilləri çıxış edərək, S. Nehmətov barəsində həbs qətimkan tədbirinin seçilməsini məhkəmədən istəyiblər. Vəkillər buna əsas kimi zərərçəkənlərə vurulan maddi ziyanın ödənilməməsini əsas gətiriblər.
Məhkəmə tərkibi qısa müşavirədən S. Nehmətovun vəkilinin vəsatətinin təmin olunmadığını bildirərək, Nehmətovun məhkəmə zalından həbs olunması ilə bağlı qərar verib.
Növbəti proses yanvarın 30-a təyin olunub.
Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Səmədov Sirac Azad oğlu və Nəhmətov Sahil Nizami oğlu özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında M.N-nin etibarından sui-istifadə edib etibarnamə verilməsinə nail olaraq M.N-nin “BMW330İ” markalı avtomobilini sataraq pul vəsaitini ələ keçirməklə 60 000 manatını mənimsəyiblər. Digər zərərçəkənlər Ü.M-nin 50 000 manat nağd vəsaitini və onun adından mülki etibarnamə alınmasına nail olaraq 300 000 manat dəyərində olan mənzilini ələ keçirməklə ümumilikdə 350 000 manat, Bakı sakini H.M-ya məxsus “Land Lover Range Rover” markalı avtomobili 140 000 manata satıb onların da qazanc əldə etməklə həmin məbləğ pulu verəcəyi barədə yalan vəd verərək 140 000 manat, N.M-nın etibarından sui-istifadə edərək, onun “Land Lover Range Rover” markalı avtomobilini 136 000 manata sataraq pulu verəcəyi barədə yalan vəd verərək aldadıblar.
Digər zərərçəkən Q.V-ə ümumilikdə 330 000 manat, Ş.T-nın etibarından sui-istifadə edərək, onun 160 000 manat dəyərində olan qeyri-yaşayış sahəsini sataraq əldə etdiyi məbləğin üzərinə 40 000 manat da əlavə etdirib yenidən sərfəli obyektin alınıb satılaraq bir daha qazanc əldə edəcəklərinə Ş.T-nı inandıraq həmin məbləği verəcəyini deyərək ona ümumilikdə 200 000 manatını mənimsəyiblər.
Təqsirləndirilən bundan başqa Bakı sakini B.B-nin etibarından sui-istifadə edərək mənzil və qeyri-yaşayış sahələri alıb təmir etdirdikdən sonra yaxşı qazanc əldə edəcəkləri ilə bağlı yalan vədlər verərək hiss-hissə 1 200 000 manat pul almış, onun mülkiyyətində olan “Səbət” restoranının 1-2 hissəsini 600 000 manat dəyərləndirməklə B.B-nin mülkiyyətinə keçirmiş, qalan 600 000 manat pulunu ələ keçirdiblər.
Beləliklə təqsirləndirilənlər ümümilikdə vətəndaşlarün 5 milyondan artıq pulunu dələduzluq yolu ilə mənimsəyiblər.
Faktla bağlı cinayət işi başlanaraq, hər iki şəxs məsuliyyətə cəlb olunub. Sahil Nehmət barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə—əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) Sirac Səmədov barəsində həbs qətimkan tədbiri seçilməklə ona qarşı Cinayət Məcəlləsinin 178.4 (Bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə —on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.