Bakıda quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az-averilən xəbərə görə, naməlum şəxs sentyabrın 1-də Ə.Xəlilovu döyüb 100 manat pulunu quldurluq yolu ilə alıb.
Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törətməkdə şübhəli bilinən V.Əliyev saxlanılıb.