Bakıda kişi yük maşınının altında qalaraq öldü
26 oktyabr 2023 08:46 (UTC +04:00)

Bakıda kişi yük maşınının altında qalaraq öldü

0

Bakıda yük avtomobilini təmir edən şəxs ölüb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfərin yük avtomobilinin təmiri zamanı kuzanın altında sıxışaraq ölməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3647

Oxşar yazılar