Bakıda kişi xadimə  işləmək istəyən qadının pulunu aldı
09 fevral 2023 17:37 (UTC +04:00)

Bakıda kişi xadimə işləmək istəyən qadının pulunu aldı

1

Bakıda qadına qarşı dələduzluq edilib.

Lent.az-ın məlumatına görə, paytaxt sakini İ. Vəliyeva xəstəxanalardan birinə xadimə işinə düzəlmək üçün H. Sərdarova 750 manat verib. Ancaq bir müddət sonra işin nə yerdə olduğunu soruşanda cavab ala bilməyib.

Aldadıldığını başa düşən qadın Sabunçu rayon Polis İdarəsinə üz tutub.

Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları H. Sərdarovu saxlayaraq şöbəyə gətiriblər. Burada o, əməlini etiraf edib və qadına dəyən ziyan tam ödətdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2119

Oxşar yazılar