Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb  özünə nişan etdi
29 aprel 2026 13:55 (UTC +04:00)

Bakıda kişi gələcək qayınanasının qızıllarını oğurlayıb özünə nişan etdi

0

Bakıda kişi sevdiyi qızın anasının qızıl-zinət əşyalarını oğurlayıb.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Burada yerləşən evlərin birindən 22 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dələduzluqla əlaqəli cinayətə görə məhkum olunmuş 23 yaşlı H.Nəsibli müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı H.Nəsiblinin zərərçəkənin qızı ilə sevgili olduğu və taladığı qızıl-zinət əşyalarını satdığı məlum olub. O, əldə etdiyi pulla elə zərərçəkənin qızı ilə özünə nişan mərasimini təşkil edərək ona mobil telefon və nişan üzüyü hədiyyə edib.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar