Bakıda kişi dənizdə batıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən nəzarətsiz çimərlikdə qeydə alınıb. 56 yaşlı İsgəndərov Faiq Firudin oğlu suda çimərkən boğularaq ölüb. Onun meyiti FHN-in Sularda Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən tapılaraq, aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.