Ərini basdırıb üstünə gül əkən qadına 12 il HƏBS CƏZASI
11 sentyabr 2026 14:35 (UTC +04:00)

Ərini basdırıb üstünə gül əkən qadına 12 il HƏBS CƏZASI

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə Elmira Əliyevanı 12 il müddətinə azadlıqdan məhrum edib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə Sabunçu qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci Polis Şöbəsinə müraciət ediblər. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onun həyat yoldaşı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirildiyi müəyyən edilib. İstintaqla həmçinin məlum olub ki, Samir Əliyevin meyiti yaşadığı evin həyətində basdırılıb, qəbrin üstünə isə güllər əkilib. Hadisəni törətməkdə təqsirləndirilən Elmira Əliyeva saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Elmira Əliyeva 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar