Bakının Nizami rayonunda 34 yaşlı Məmmədov İlkin Maarif oğlunun meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, İ.Məmmədov iyunun 19-da ölüb, meyiti isə ayın 20-də aşkarlanıb.
Onun həmin evdə kirayədə qaldığı və uzun müddət ağciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.