Bakıda "Jiquli"ni təmir sexinin qabağında oğurladılar
01 avqust 2024 15:00 (UTC +04:00)

Bakıda "Jiquli"ni təmir sexinin qabağında oğurladılar

İyulun 30-u axşam saatlarında Nəsimi rayonu ərazisində avtomobil təmiri sexinin qarşısından “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş R.Hüseynov müəyyən olunaraq avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar