Bakının Binəqədi rayonunda ağır yol qəzası qeydə alınıb.
Lent.az xəbər verir ki, hadisə Süleyman Sani Axundov küçəsində baş verib.
Səid Süleymanov “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olarkən sükana nəzarəti itirib.
Avtomobil Mərkəzi Seçki Komisiyyasının divarına çırpılıb.
Qəza zamanı avtomobil deformasiyaya uğrayıb.
Nəqliyyat vasitəsində sıxışıb qalan yaralı sürücü və digər sərnişinlər - Təranə Məmmədova, Anjelina Verdiyeva və Tamerlan Orucov çıxarılaraq xəstəxanaya çatdırılıb.
Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Nurlan Əli