Bakıda istilik olmayan məktəblərin  SAYI
25 noyabr 2021 15:49 (UTC +04:00)

Bakıda istilik olmayan məktəblərin SAYI

"Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bəzi məktəblərdə istiliklə bağlı müəyyən problemlər var idi".

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, problemlərin çeşidləri də müxtəlif idi - qazın verilməməsi, istilik sistemi, texniki problemlər və s.:

"Bir müddət əvvəl istiliklə bağlı ajiotaj var idi, artıq onlar yavaş-yavaş səngiyir. Hazırda təxminən 15-ə yaxın məktəbdə problem var. Bu problemlərin həlli istiqamətdə lazım olan addımlar atılır".

İdarə müdiri güclü külək nəticəsində problem yaranan məktəblər barədə də danışıb. Qeyd edib ki, problemlər mütəmadi olur, amma həll olunması üçün də addımlar atılır.

 

# 1521
avatar

Aytəkin Cəlali

Oxşar yazılar