Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, Xəzər rayonu, Mərdəkən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Azad Rəmzi oğlu Əhmədov idarə etdiyi “AUDİ A6” markalı avtomobillə Xəzər rayon ərazisində əvvəlcə yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf” markalı avtomobili çırpılıb. Daha sonra yolun sağ kənarında dayanmış piyada 1993-cü il təvəllüdlü Aqil Rasim oğlu Kazımovu vurub.
Piyada A.Kazımov almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb, “Volkswagen Golf” markalı avtomobilin sürücüsü 1970-ci il təvəllüdlü Vüqar Tofiq oğlu Kərimov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.