Bakıda kişi qəflətən ölüb.
Lent.az xəbər verir ki, hadisə avqustun 14-ü, səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində, iaşə obyektlərindən (kafe yaxud mağaza) birində başverib. 1958-ci il təvəllüdlü Niyazəliyev Mübariz Hümbət oğlunun qəflətən halı pisləşib və dünyasını dəyişib.
Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Hazırda araşdırma aparılır.