Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürüldü - VİDEO  - YENİLƏNİB
21 iyun 2021 22:17 (UTC +04:00)

Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Lent.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində yanğın məhdudlaşdırılaraq saat 21:36-da söndürülüb.

Əlavə məlumat veriləcək.

***

21:22

Bakının Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, yanğın Əsəd Əhmədov küçəsi 21 ünvanında yerləşən hündürmərtəbəli binanın beşinci mərtəbəsində başlayıb. 

Belə ki, alov iki otaqlı evi əhatə edib. Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.
İlkin məlumata görə, yanğına səbəb mətbəxdə qaz balonunun partlaması olub.

# 4392
avatar

Oxşar yazılar