Bakıda hosteldə ölüm hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 14-ü gecə saatlarında qeydə alınıb. 28 yaşlı Abbasov Amin İlqar oğlu bir gecəlik qalmaq üçün getdiyi hosteldə qəflətən ölüb.
Onun hansı səbəbdən öldüyü dəqiq bilinmir.
Faktla bağlı araşdırma aparılır.