Bakıda heyvan sığınacağında dava: qadın döyüldü
11 avqust 2025 10:25 (UTC +04:00)

Bakıda heyvan sığınacağında dava: qadın döyüldü

Bakıda heyvanların sığınacağında dava düşüb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sığınacaqda baş verib. Sığınacağın rəhbəri Ülviyyə Məmmədovanın (soyadı şərtidir) rəfiqəsi Fəridə adlı xanım sığınacaqda könüllü olaraq yaralı heyvanlara xidmət göstərirmiş. O, sığınacaqda olarkən digər könüllü Leyanna adlı xanımla tanış olub və asudə vaxtlarında orada heyvanlara qulluq ediblər.

Bir müddət əvvəl Leyanna xəsarət alan itlə bağlı Fəridəyə zəng vurub və onunla məsləhətləşmək istəyib. Bu vaxt onların arasında mübahisə yaranıb və Fəridə Leyannanın telefon nömrəsini bloklayıb.

Bir neçə saatdan sonra Fəridə sığınacağa gələrkən Leyanna onun qarşısını kəsib və mübahisə yenidən davam edib. Mübahisə davaya çevrilib, nəticədə Leyanna Fəridəni döyüb.

Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib./oxu.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar

Bakıda ŞOK:  qadına tualetdə basqın etdilər

Bakıda ŞOK: qadına tualetdə basqın etdilər

11 avqust 2025 , 11:53
Bakıda qadın dənizdə boğuldu

Bakıda qadın dənizdə boğuldu

11 avqust 2025 , 11:32
Lənkəranda 5 hektar ərazini yandıran saxlanıldı

Lənkəranda 5 hektar ərazini yandıran saxlanıldı

11 avqust 2025 , 11:30
İndi də Ankarada zəlzələ oldu

İndi də Ankarada zəlzələ oldu

11 avqust 2025 , 11:22
Siyəzəndə  FACİƏ:  iynə vurulan 1 aylıq  körpə öldü

Siyəzəndə FACİƏ: iynə vurulan 1 aylıq körpə öldü

11 avqust 2025 , 10:45
Azərbaycanda iki yük avtomobili TOQQUŞDU,  yaralı var

Azərbaycanda iki yük avtomobili TOQQUŞDU, yaralı var

11 avqust 2025 , 10:10
Zəngilanda yanğın törədən  şəxs müəyyən edildi

Zəngilanda yanğın törədən şəxs müəyyən edildi

11 avqust 2025 , 08:32
Şəkidə yardımçı tikilidə yanğın oldu

Şəkidə yardımçı tikilidə yanğın oldu

11 avqust 2025 , 07:49