Bakıda həbsxananın damı çökdü, məhkum öldü  -YENİLƏNİB
02 iyun 2025 11:27 (UTC +04:00)

Bakıda həbsxananın damı çökdü, məhkum öldü -YENİLƏNİB

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum ölüb.

Ədliyyə Nazirliyindən Lent.az-a bildirilib.ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun mayın 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

***

01.06.2025

22:18

Bakıda həbsxananın damı çöküb.

Ədliyyə Nazirliyindən Lent.az-a bildirilib ki, bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum yaralanıb.

Müəssisədə cəza çəkən digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5025

Oxşar yazılar