Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə oktyabrın 12-də paytaxtın Maştağa qəsəbəsində, Savalan yaşayış massivində qeydə alınıb.
21 yaşlı Məmmədzadə Nuranə İltifat qızı özünü yaşadığı evdə asıb.
İntiharın hansı səbəbdən baş verdiyi hələ ki bilinmir.
Faktla bağlı araşdırma aparılır.