Bakıda gənc qadın dəm qazından boğulub.
Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonunda evdən meyiti tapılan 32 yaşlı Hüseynova Məsumə Əbdülrəhman qızının dəm qazından zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Saat: 09:27
Bakıda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 32 yaşlı Hüseynova Məsumə Əbdülrəhman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.