Bakıda intihar hadisəsi olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu A. Abbasov küçəsində baş verib. 64 yaşlı İbrahimov Telman İbrahim oğlu tək yaşadığı evdə ov silahından başına bir dəfə atəş açaraq, özünü öldürüb.
Məlumata əsasən, o, hadisəni törətməzdən əvvəl məktub yazıb. Həmin məktubda bir sıra xəstəliklərdən əziyyət çəkdiyini bildirərək, ailə üzvlərinin yanında dəfn olunmasını vəsiyyət edib.
Faktla bağlı araşdırma aparılır.