Bakıda FACİƏ:  Autizm xəstəsi 17-ci mərtəbədən yıxılıb öldü
11 sentyabr 2024 18:11 (UTC +04:00)

Bakıda FACİƏ: Autizm xəstəsi 17-ci mərtəbədən yıxılıb öldü

Bakıda xəstə uşaq binadan yıxılaraq ölüb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 

2010-cu il təvəllüdlü S.Baxşəliyev 17-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş. Onun evdə tək olduğu, huşsuz vəziyyətdə eyvandan yıxıldığı bildirilir. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2580
avatar

Oxşar yazılar