Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, hadisə ötən gün saat 15:20-də baş verib.
Qeyd olunub ki, Sabunçu təcili tibbi yardım stansiyasının ambulatoriyasına hündürlükdən yıxılaraq xəsarət alan azyaşlı gətirilib. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Daha sonra təcili tibbi yardım briqadası tərəfindən 15:56-da ağır travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Həkimlərin səyinə baxmayaraq, 16:50-də ölüm faktı qeydə alınıb.
Məlumata görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. Azyaşlı 3-cü mərtəbənin eyvanından yıxılıb.