Bakıda evdən meyit tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
41 yaşlı Vüqar Səfərovun meyiti yaşadığı Zərgərpalan küçəsi, ev 2-də aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı araşdırılma aparılır.