Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Lent.az-ın məlumatına görə, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbir nəticəsində Haşımov Taleh Yusif oğlu saxlanılıb. Üzərindən 3,947 qram marixuana və yaşadığı ünvandan 4050 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.