Bakıda "OBA" marketdən oğurluq edilib.
Lent.az-ın məlumatına görə, bu barədə marketin müdiri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciətində bildirib. Müraciətlə əlaqədar şöbə əməkdaşları əməliyyat keçiriblər. Nəticədə paytaxt sakini Rahim Məmmədov saxlanılıb.
Məlum olub ki, o, dostu H. Əhmədovun adına rəsmiləşən "Mercedes" markalı avtomobillə gecələr şəhərin müxtəlif yerlərində dəmir və digər materiallar toplamaqla məşğul imiş. Bir neçə gün əvvəl "Xalqlar Dostluğu" metrostansiyası yaxınlığında olarkən, "OBA" marketin qarşısındakı 17 ədəd paleti avtomobilə yükləyərək, Böyükşor qəsəbəsində yaşadığı evə aparıb.
Zərərçəkmişə dəyən ziyan tam ödətdirilib və R. Məmmədovun əməlinə hüquqi qiymət verilib.