Bakıda dələduzluq  edən qadın və kişi tutuldu
19 aprel 2025 11:53 (UTC +04:00)

Bakıda dələduzluq edən qadın və kişi tutuldu

Bakıda dələduzluq edənlər saxlanılıb.

Lent.az xəbər verir ki, Nəsimi rayonu ərazisində naməlum şəxs 38 yaşlı bir kişini aldadaraq, onun 1030 manat və 600 dollarını ələ keçirib. Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törədən 54 yaşlı E.Əsgərov müəyyən olunaraq saxlanılıb.

Nəsimi rayonunda polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı bir qadını aldadaraq 1500 manatını ələ keçirən 41 yaşlı T.Paşayeva da saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar