Bakıda "dələduz polislər" peyda olub? - RƏSMİ CAVAB  - YENİLƏNİB
17 sentyabr 2021 14:30 (UTC +04:00)

Bakıda "dələduz polislər" peyda olub? - RƏSMİ CAVAB - YENİLƏNİB

Sosial şəbəkədə özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxslərlə bağlı yayılan məlumatar araşdırılıb, adı çəkilən şəxslər müəyyən olunaraq polis orqanına dəvət olunublar.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Xətai rayon Polis İdarəsində aparılan araşdırmalarla müəyyən olunub ki, paylaşımda adı keçən şəxs polis orqanında çalışmır.

O da məlum olub ki, Cahan Rzazadə ilə Kamran İsmayılov arasında 800 manat borc mübahisəsi olub. K.İsmayılov C.Rzazadəni tapa bilməyib, nömrə axtarış sistemində adının qarşısında “polis” yazıldığı üçün həmin şəxsin polis olması qənaətinə gəlib. 

Hazırda araşdırmalar davam etdirilir.

***

Saat: 10:23

Sosial şəbəkədə özünü polis əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxslərlə bağlı məlumatlar yayılıb.

Lent.az xəbər verir ki, bu barədə zərərçəkmişlər sosial şəbəkələrdə paylaşım edib.

Zərərçəkən Rəşad Quliyev bildirib ki, özünü Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Cavid Tağızadə ilə telefon barter edib. Barter zamanı polis ona 500 manat verməli imiş. Lakin 400 manatını verib, 100-nü sonra gətirəcəyini vəd edib. Amma şikayətçinin sözlərinə görə, 1 həftə sonra pulunu istəyərkən C.Tağızadə şəhərdə olmadığını bildirib. R.Quliyev son bir həftə ərzində isə ümumiyyətlə həmin adama zəng çatmadığını qeyd edib.

Digər bir dələduzluq iddiasına görə isə Rzazadə Cahan Zaur qızı “Getcontact” proqramında adını Xətai rayon Polis İdarəsinin əməkdaşı kimi təqdim edərək insanların pullarını alıb. Belə ki, o, özünü həmin idarənin əməkdaşı kimi təqdim edərək, insanların güvənini qazanıb və iş düzəltmək adı ilə onların pullarını alaraq yoxa çıxıb.

Faktlarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hər bir fakt üzrə araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

# 5994
avatar

Mehman Nəbiyev

Oxşar yazılar